Ağdamda işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb

Ağdamda işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
SOSİAL
20:55 13.05.2021
364
Ağdamda işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 12-də saat 18 radələrində Ağdam rayonunun Təzəkənd ərazisində qurulmuş nəzarət postundan yayınaraq xidmət aparan polis əməkdaşlarına tabesizlik göstərməklə "UAZ” markalı avtomaşında olan 5 nəfər işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib. Həmin şəxslərin saxlanılması təmin edilərək Ağdam Rayon Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparmaqla hər biri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR