Ağdamda tələbə dərmandan zəhərlənib

Ağdamda tələbə dərmandan zəhərlənib
SOSİAL
17:09 17.02.2026
308
Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.

O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR