Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub

Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub
SOSİAL
21:55 25.07.2026
141
Ağdam rayonunda minalanmış ərazidə baş verən yanğının söndürülməsinə əlavə qüvvələr cəlb edilib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Papravənd kəndi ərazisində minalanmış sahədə başlayan yanğın hazırda davam edir.

Yanğının geniş əraziyə yayılması səbəbindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdam, Bərdə, Tərtər və Ağdərə rayonlarının yanğından mühafizə bölmələrinin texnikası və 50 nəfərə qədər şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı alovun Papravənd kənd qəbiristanlığına keçməsinin qarşısı alınıb və ərazi mühafizə edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR