Ağdamın işğaldan azad edilmiş ərazilərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
APA-nın yerli bürosu xəbər verir ki, Sarıcalı kəndi ərazisində hərəkətdə olan minik avtomobili "Ford" markalı yük avtomobili ilə toqquşub.
İki nəfərin xəsarət aldığı qəza ilə bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.