Ağdamın Orta Qərvənd kəndi atəşə tutulub, xəsarət alan var

Ağdamın Orta Qərvənd kəndi atəşə tutulub, xəsarət alan var
SOSİAL
22:13 08.11.2020
964
Xəbər verildiyi kimi, bu gün düşmən tərəfinin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-a  verilən məlumata görə, saat 20 radələrində Ağdam rayonu, Orta Qərvənd kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Bədəlov Muxtar Əli oğlu xəsarət alıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR