Ötən il Miamidə adamyeyənin hücumuna məruz qalan şəxsin fotosu yayımlanıb.AZXEBER.COM-un "Daily Mail"ə istinadla verdiyi məlumata görə, Ronald Poppo adlı yaşlı evsiz kişi ictimaiyyət qarşısına çıxıb. Onun foto və videosu müalicə edildiyi xəstəxananın əməkdaşları tərəfindən çəkilib.Poppo adamyeyeənin hücumundan sonra görmək qabiliyyətini itirib, burnunun bir hissəsi qopub. Dəhşətli hadisə nəticəsində hücumcu onun üzününü 75 faizini yeyib. Uzun müddətli müalicə və əməliyyatlardan sonra 66 yaşlı kişi gitara çalmağı öyrənib.