Ağdaş sakini odlu silahı polisə könüllü təhvil verdi

Ağdaş sakini odlu silahı polisə könüllü təhvil verdi
SOSİAL
23:33 03.02.2024
255
Qanunsuz saxlanılan silah-sursatın vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon sakini vəfat edən babasından qalan ov tüfəngini könüllü olaraq polisə təhvil verib.

Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR