Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb
HADİSƏ
10:16 10.05.2025
230
Yuxarı Şirvan kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndi ərazisindən keçən hissəsində bir nəfərin kanalda batması barədə ilkin məlumat daxil olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR