Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.