Dələduzluqda ittiham olunurdu - Azərbaycana gətirildi

Dələduzluqda ittiham olunurdu - Azərbaycana gətirildi
KRİMİNAL
12:24 16.10.2026
93
Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşı Anar Eldar oğlu Abbasovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.

A.Abbasov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.
OXŞAR XƏBƏRLƏR