Avtomobil iki piyadanı vuraraq öldürüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Oktyabrın 7-də saat 06 radələrində Bakı- Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində Zabit Rəsulov idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən piyadalar; 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub.
Xəsarət alan şəxslər hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.