Ağdaşda kanalda batan şəxsin meyiti tapılıb

SOSİAL
15:23 15.10.2024
264
"Yuxarı Şirvan” kanalının Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR