Ağdaşda körpə bitki toxumunu yeyərək zəhərlənib

Ağdaşda körpə bitki toxumunu yeyərək zəhərlənib
SOSİAL
14:16 24.09.2022
243
Ağdaş rayonunda körpə bitki toxumunu yeyərək zəhərlənib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə sentyabrın 22-si saat 19 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində qeydə alınıb.

Belə ki, evdə nəzarətsiz qalan 2020-ci il təvəllüdlü C.Əhmədov bitki toxumunu yeyib.

Daha sonra körpə zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR