Ağdaşda narkotiklə bağlı 4 nəfər saxlanılıb

Ağdaşda narkotiklə bağlı 4 nəfər saxlanılıb
SOSİAL
10:28 24.12.2024
149
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar. Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR