Ağdaşdakı ağır qəza ilə bağlı TƏFƏRRÜAT: Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır

Ağdaşdakı ağır qəza ilə bağlı TƏFƏRRÜAT: Həlak olanlardan biri Vətən müharibəsi iştirakçısıdır
SOSİAL
21:32 26.10.2025
249
Bu gün Ağdaş rayonu ərazisində baş verən dəhşətli qəza ilə bağlı bəzi təfərrüat məlum olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, qəza zamanı yolda hərəkətdə olan "KamAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub.

Qəza nəticəsində "Qazel"in sürücüsü, Neftçala rayonunun Qaramanlı kənd sakini, Eldar Fərhad oğlu Tağıyev və sərnişini, Salyan şəhər sakini, 38 yaşlı Rauf Saleh oğlu Hacıyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Məlumata görə, "Qazel" markalı yük avtomobilində diri balıq daşınırmış. Ölənlərdən biri Rauf Hacıyev 3 uşaq atası olub. Eldar Tağıyevin isə Vətən müharibəsi iştirakçısı olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Fotoda: Eldar Tağıyev

 Fotoda: Rauf Hacıyev

 



OXŞAR XƏBƏRLƏR