Ağdərə və Xocavənddə yanğınlar davam edir

Ağdərə və Xocavənddə yanğınlar davam edir
HADİSƏ
22:13 28.07.2025
179
Ağdərə və Xocavənd rayonlarının bəzi ərazilərində yanğınlar davam edir.

AZXEBER.COM xəbər verir ki, Xocavənd rayonunun Hünərli kəndi və Ağdərə rayonunun Talış kəndi ərazisində dağ massivlərində şiddətli yanğın müşahidə olunur.

Sözügedən rayonlarda alovla mübarizə aidiyyəti üzrə yanğınsöndürən briqadalar tərəfindən davam etdirilir.

Qeyd edək ki, Ağdərə rayonunun Talış kəndi ərazisində alov yaşayış məntəqəsinə yaxınlaşıb.
OXŞAR XƏBƏRLƏR