Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib

Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib
HADİSƏ
21:30 21.08.2025
286
Ağdərədə baş verən yanğın güclü küləyin təsirilə Ağdam ərazisinə yayılıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Ağdərə şəhəri yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın genişlənərək, Ağdam rayonunun Papravənd kəndi ərazisindəki meşəlik əraziyə yayılıb.

Hadisə yerinə Ağdam, Ağcabədi rayon yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğın genişlənməsi müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR