Ağdərədə meşəlik ərazidə yanğın başlayıb

Ağdərədə meşəlik ərazidə yanğın başlayıb
HADİSƏ
20:13 25.08.2025
222
Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Bundan başqa əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
OXŞAR XƏBƏRLƏR