Adı "MTN işi"ndə keçən sabiq məmurun oğlu oğurlandı

Adı "MTN işi"ndə keçən sabiq məmurun oğlu oğurlandı
SOSİAL
15:19 13.06.2016
3051
Son 1 ilə yaxın müddətdə Ukraynanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılara qarşı adam oğurluğu halları artıb.
Artıq bu hal ölkədə yaşayan azərbaycanlılar arasında ciddi narahatlıq doğurub.
Azərbaycanın Ukraynadakı səfirliyinin, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun buna etinasız yanaşdığı bildirilir.
Hadisələrin ört-basdır edildiyini deyən həmyerlilərimizin narazılığı isə aksiya formasına keçməkdədir.
Məlumatlara görə, oğurlananların, demək olar ki, hamısı gənclərdir və imkanlı şəxslərin, fəal azərbaycanlıların övladlarıdır.
Oğurluqların Gürcüstan və Ermənistandan olan qruplar tərəfindən təşkil edildiyi deyilir.
Ukraynadakı mənbənin verdiyi məlumata görə, oğurlananlardan yalnız biri - Donetsk Azərbaycanlıları Konqresinin sədri, iş adamı Malik Pirverdiyevin oğlu Cəlal Pirverdiyev 10 aya yaxın girovluqda qaldıqdan sonra, bu yaxınlarda 300 min dollar pul müqabilində azad olunub.
Qeyd edək ki, Cəlal Pirverdiyev Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Donetsk Vilayət təşkilatının sədridir.
Oğurlananlardan daha biri tanınmış simanın övladıdır. Bu, Azərbaycanda yüksək post tutan və "MTN işi"ndə həbs olunan rabitə sahəsinin keçmiş yüksək rütbəli məmuru, "Aztelekom"un həbsdə olan sabiq sədri Məhəmməd Məhəmmədovun Kiyevdə təhsil alan oğlu Araz Məhəmmədovdur. Onun hələ də girovluqda olduğu bildirilir.
Bundan başqa, Ukraynanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı iş adamlarının, yaxud Azərbaycandan olan bəzi iş adamların övladlarının da belə hadisələrlə üzləşdiyi haqda məlumatlar var.
Oğurlananlar müqabilində müxtəlif və külli miqdarda pul tələb olunub.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Modern.az-a açıqlamasında deyib ki, yayılan məlumatları təsdiq edən dəqiq bir fakt yoxdur.
"Məndə bu haqda dəqiq məlumatlar yoxdur. Buna görə də nəsə deməyim düzgün olmaz. Bir problem də var ki, girovluğa düşən və sonradan azad olunanlar bu barədə məlumat verməkdən çəkinirlər. Girovluqdan çıxan adam heç zaman gəlib demir ki, onu oğurlamışdılar".
Hikmət Cavadov məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyində görüşlərinin olacağını da bildirib.
///modern.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
23:58 02.03.2026
Buraxılış imtahanı qabağı şəxsiyyət vəsiqəsini dəyişən abituriyentlərə XƏBƏRDARLIQ - VİDEO
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
23:50 02.03.2026
Qazaxıstan XİN vətəndaşlarının təxliyəsində göstərdiyi köməyə görə Azərbaycana təşəkkür edib
Hörmüz boğazında tanker yanır
23:40 02.03.2026
Hörmüz boğazında tanker yanır
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
23:26 02.03.2026
Bakıda yaradılacaq hibrid yaşıl dəhlizlər nədir? - VİDEO
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
23:21 02.03.2026
İran Nətənzdəki nüvə obyektlərinin vurulduğunu açıqladı
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
23:13 02.03.2026
Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzdu
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
22:57 02.03.2026
Avtomobil nömrəsini gizlətmək üçün qurğular alanları hansı cəza gözləyir? - VİDEO
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
22:46 02.03.2026
Yayılan xəbərlərdən sonra İranla bağlı çıxış etdi
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
22:35 02.03.2026
Sumqayıtda "ölüm növbəsi" gözləyən bina: "Dedilər ki, mümkün deyil, dağılacaq" - VİDEO
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
22:28 02.03.2026
Rusiya baş nazirinin müavini Azərbaycana təşəkkür etdi
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
22:15 02.03.2026
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
22:07 02.03.2026
ABŞ İrana hücumlarda ilk dəfə yeni "PrSM" raketindən istifadə edib
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
21:54 02.03.2026
Ballistik raketlər işə düşdü: Tehran əməliyyatın yeni mərhələsini elan etdi
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
21:43 02.03.2026
Həzi Aslanov stansiyasında işlər nə vaxt yekunlaşacaq? - VİDEO
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
21:34 02.03.2026
Yaponiya səfirliyinin fəaliyyətinin dayandırılması ilə bağlı xəbər təkzib edilib
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi
21:32 02.03.2026
Ərdoğan Mark Rutte ilə regiondakı gərginliyi müzakirə etdi