“Adjara” PS nəşri Alxanlıdakı hadisələrdən yazıb

“Adjara” PS nəşri Alxanlıdakı hadisələrdən yazıb
SİYASƏT
12:16 09.07.2017
1143

 

Acarıstan Muxtar Respublikasının "Adjara” PS qəzeti Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin öldürülməsi faktı ilə bağlı məlumat dərc edib.

 

Lent.az-ın xəbərinə görə, məlumatda qeyd olunur ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyeva həlak olub, digər mülki şəxs yaralanıb və mülki obyektlərə xeyli dərəcədə ziyan vurulub: "Ermənistanın belə təcavüzkar siyasəti terrorun bəşəriyyət üçün əsaslı təhlükəyə çevrildiyi bir zamanda onların terrorçu mahiyyətini bir daha sübut edir”.

OXŞAR XƏBƏRLƏR