Adnan Oktarın təşkilati fəaliyyətlər çərçivəsində Ərzurum həbsxanasında bir çox vəkillə görüşdüyü iddiaları gündəmi alt-üst edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurum Dumlu Həbsxanasından Vana köçürülən silahlı cinayət təşkilatının lideri Adnan Oktarla görüşən vəkillərdən biri müsahibə verib.
Gənc vəkil Adnan Oktarla necə əlaqə saxladığı və görüşlərə başlaması ilə bağlı bunları deyib: "Onunla ilk görüşə başlayanda gənc hüquqşünas idim. O an diqqətimi çəkdi və heç olmasa bir dəfə görüşmək istədim. "İnstagram vasitəsilə əlaqə saxladım və məni proqramlarına daxil etdilər, görüşə getdim, sonra da o, yenidən görüşmək istədi” dedi.
Oktar və təşkilatının vəkillərlə necə əlaqə saxladığı da məlum olub. Oktarın Ərzurum həbsxanasında olduğu müddətdə təxminən 1 ay ərzində 21 qadın vəkillə yüzlərlə dəfə görüşdüyü müəyyən edilib.
Onu müdafiə etmək üçün seçdiyi vəkillərlə görüş küçirilir. Daha sonra ödənişləri edən xüsusi şəxs ayrılıb. Ödənişlər əl ilə edilir. O, qadın vəkilləri şahzadəsi adlandırır.
Həbsxanada olmasına baxmayaraq Adnan Oktarın qadınlara və həyata marağı davam edir. Düşdüyü vəziyyətin imtahan olduğu, Mehdinin belə çətinliklərdən keçdiyini düşünür. Qadınları qısqandığı üçün başına gələn hadisələrin baş verdiyini düşünür”.
Gülay