“ADNA”qətliamına bənzədilən faciənin filmi çəkildi – VİDEO

MARAQLI
01:05 13.10.2011
5576

ABŞ-da film istehsal edən bir şirkətin çəkdiyi Ütoya adasında baş verən qətliamla bağlı filmin ilk fraqmenti yayımlanıb. AZXEBER.COM portalının verdiyi məlumata görə, 69 gəncin ölümü ilə nəticələnən qanlı hadisənin bütün təfərrüatları filmin fraqmentində qeyd olunub. “Utoya İsland” adlı filmin rejissoru Rusiya vətəndaşı Vitali Versacedir.

Xatırladaq ki, Norveçin paytaxtı Osloda baş verən terror aktının ardından, iyulun 22-də bir gənc Ütoya adasındakı gənclərə məxsus kampa daxil olaraq 69 gənci öldürmüşdü. Qeyd edək ki, bu hadisə bir çox ekspertlər tərəfindən 30 aprel, 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı terror hadisəsi ilə oxşar olduğu qeyd edilmişdi.

OXŞAR XƏBƏRLƏR