ADNSU ilə "Bayraktar Teknoloji Azərbaycan" şirkəti əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR

ADNSU ilə "Bayraktar Teknoloji Azərbaycan" şirkəti əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR
SOSİAL
22:23 15.05.2025
1164
Mayın 15-də "Bayraktar Teknoloji Azərbaycan" şirkətinin direktoru Hüseyn Topuzun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
AZXEBER.COM xəbər verir ki,görüş çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla keçirilən görüşdə universitet ilə "Bayraktar Teknoloji Azərbaycan" arasında əməkdaşlıq əlaqələrinin qurulması və birgə həyata keçirilə biləcək perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tədris imkanları, möcud təhsil proqramları, universitetin maddi-texniki bazası və beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib. Bildirib ki, ADNSU olaraq istehsalat müəssisələri və qabaqcıl texnoloji şirkətlərlə, o cümlədən "Bayraktar Teknoloji Azərbaycan"la əməkdaşlığa xüsusi önəm verilir.
Şirkətin direktoru Hüseyn Topuz ADNSU-da olmaqdan məmnunluğunu ifadə edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları haqqında geniş məlumat verib. O, qeyd edib ki, "Bayraktar Teknoloji Azərbaycan" üçün əsas prioritet sahələrdən biri ən müasir texnoloji sistemlərin inkişaf etdirilməsidir.
Hüseyn Topuz həmçinin ADNSU-nun potensial imkanlarını yüksək qiymətləndirib və daha geniş müstəvidə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib. O, tələbələr üçün şirkətdə təcrübə proqramlarının mövcud olduğunu vurğulayıb və əlavə edib ki, hazırda şirkətdə 22 ADNSU məzunu çalışır və onlar peşəkarlıqları ilə seçilirlər.
Görüşün sonunda ADNSU ilə "Bayraktar Teknoloji Azərbaycan" arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində qonaqlar universitetdə yerləşən Azərbaycan-Türkiyə Dostluq Mərkəzini və türkiyəli şəhid İlham Vankın adını daşıyan auditoriyanı da ziyarət ediblər.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
23:16 11.03.2026
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
Könül Həmzəyeva saxlanıldı
23:11 11.03.2026
Könül Həmzəyeva saxlanıldı
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
23:02 11.03.2026
Pezeşkian müharibəyə son qoyulması üçün şərtlər irəli sürdü
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
22:55 11.03.2026
Tramp: ABŞ Hörmüz boğazının minalandığını düşünmür
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
22:54 11.03.2026
Avtobuslarda gedişhaqqı ilə bağlı yeni yanaşma tətbiq ediləcək -VİDEO
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
22:48 11.03.2026
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycan və Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarətin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb