ADNSU ilə Çinin Pekin Kimya Texnologiyası Universiteti arasında Anlaşma Memorandumu imzalandı

ADNSU ilə Çinin Pekin Kimya Texnologiyası Universiteti arasında Anlaşma Memorandumu imzalandı
SOSİAL
11:40 08.04.2026
517
Aprelin 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində Pekin Kimya Texnologiyası Universitetində (PKTU) olub.

AZXEBER.COM xəbər verir ki, görüşdə ADNSU tərəfindən Universitetin rektoru, dosent Rüfət Əzizov, rektorun müşaviri Ülviyyə Abbasova və SABAH mərkəzinin proqram rəhbəri Elnur Əlizadə, Çin tərəfindən isə PKTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Vanq Fenq, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Departamentinin direktoru Canq Binq və digər rəsmi şəxslər iştirak ediblər.

PKTU-nun Çao Yanq kampusunda baş tutan görüşdə ADNSU-nun rektoru Rüfət Əzizov universitetin son illərdə əldə etdiyi nailiyyətlər, beynəlxalq reytinqlərdəki mövqeyi və elmi-tədqiqat potensialı barədə geniş təqdimatla çıxış edib. Rektor universitetin fakültələri, tədris olunan ixtisaslar, tələbə kontingenti, xüsusən də beynəlxalqlaşma strategiyası çərçivəsində əcnəbi tələbələrin cəlb olunması və qlobal təhsil məkanına inteqrasiya istiqamətində görülən işləri diqqətə çatdırıb.

PKTU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Vanq Fenq təmsil etdiyi universitetin elmi prioritetləri və beynəlxalq əməkdaşlıq təcrübəsi haqqında məlumat verib.Elmi tərəfdaşlıq əlaqələrinin inkişaf istiqamətlərinin müzakirə olunduğu görüşdə əsasən kimya mühəndisliyi sahəsində elmi əməkdaşlığın qurulmasının əhəmiyyəti vurğulanıb. Xüsusən də doktorantura səviyyəsində ikili rəhbərlik üzrə birgə fəaliyyətin qurulmasının əhəmiyyəti vurğulanıb. Tərəflər kimya mühəndisliyi üzrə doktorantura səviyyəsində ADNSU-nun doktorantlarının PKTU-da təhsil alması, eyni zamanda tədqiqat aparması imkanlarını nəzərdən keçiriblər. Xüsusilə elmi araşdırmaların keyfiyyətinin artırılması məqsədilə doktorantlar üçün ikili elmi rəhbərlik sisteminin tətbiqi məsələsi ətrafında detallı fikir mübadiləsi aparılıb.

Sonra iki ali təhsil müəssisəsi arasında akademik və elmi tərəfdaşlığın strateji istiqamətlərini müəyyən edən Anlaşma Memorandumu  imzalanıb.
Səfər çərçivəsində, həmçinin SABAH mərkəzinin neft və kimya mühəndisliyi proqramlarının bu əməkdaşlığa inteqrasiyası, tələbə və müəllim mübadiləsi mexanizmlərinin yaradılması məsələlərinə də toxunulub.

Qeyd edək ki, imzalanan memorandum və aparılan müzakirələr Azərbaycan və Çin arasında ali təhsil sahəsində əlaqələrin dərinləşməsinə, eləcə də ADNSU-nun beynəlxalq elmi nüfuzunun daha da möhkəmlənməsini hədəfləyir.
 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
17:13 04.11.2026
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı