ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirildi - FOTOLAR

ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirildi - FOTOLAR
SOSİAL
10:44 30.04.2026
280
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vorvik Universiteti ilə birgə həyata keçirilən "Bərpa olunan enerji” ixtisası üzrə ikili diplom magistr proqramının ilk məzun buraxılışı mərasimi keçirilib.

Tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, beynəlxalq tərəfdaşlar, sənaye nümayəndələri, müəllimlər, məzunlar və valideynlər iştirak ediblər.

Mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək əklil qoyublar.

Tədbirin rəsmi hissəsi məzunların səhnəyə daxil olması ilə başlayıb. Daha sonra proqramın birillik fəaliyyətini əks etdirən təqdimat və icmal video nümayiş olunub.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov ikili diplom proqramlarının universitetin beynəlmiləlləşmə strategiyasında mühüm yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər tələbələrə beynəlxalq səviyyəli təhsil almaq imkanı yaradır və onların qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır. Rektor proqramın dövlət tərəfindən maliyyələşdirilməsinin əhəmiyyətini xüsusi qeyd edərək bunu Prezident İlham Əliyevin gənclərin yüksək səviyyəli təhsil almasına göstərdiyi diqqətin növbəti təzahürü kimi dəyərləndirib. O, proqramın uğurla həyata keçirilməsinə verdikləri dəstəyə görə Elm və Təhsil Nazirliyinə və Vorvik Universitetinin Warwick Manufacturing Group (WMG) strukturuna təşəkkürünü bildirib.

Daha sonra Vorvik Universitetinin Warwick Manufacturing Group (WMG) strukturunun beynəlxalq əlaqələr üzrə dekan müavini professor Robin Klark çıxış edərək proqramın uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib və tərəfdaşlığın gələcək inkişaf perspektivlərini qeyd edib.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, eləcə də BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti, Birləşmiş Krallığın Britaniya İmperiyası Ordeninin fəxri zabiti (OBE) doktor Bəxtiyar Aslanbəyli çıxışlarında proqramın əhəmiyyətindən danışaraq məzunları təbrik edib, onların ölkənin enerji sektorunun inkişafında mühüm rol oynayacaqlarını bildiriblər.

Qeyd olunub ki, ADNSU və Vorvik Universiteti arasında həyata keçirilən bu proqram bərpa olunan enerji sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib. Proqram çərçivəsində tələbələr həm beynəlxalq səviyyəli akademik biliklərə yiyələnib, həm də real sənaye təcrübəsi qazanıblar. Tədris prosesi Warwick Manufacturing Group (WMG) tərəfindən təqdim olunan modullar, ADNSU-nun akademik kursları və dissertasiya mərhələsindən ibarətdir. Proqramın ilk buraxılışı üzrə 27 məzun təhsilini uğurla başa vurub.

Proqramın mühüm komponentlərindən biri də tələbələrin Böyük Britaniyada təşkil olunan yay məktəbində iştirakıdır. Bu müddət ərzində onlar bərpa olunan enerji obyektlərini ziyarət edib, sənaye nümayəndələri ilə görüşüb və beynəlxalq akademik mühitlə yaxından tanış olublar.

Tədbir çərçivəsində məzunların çıxışları dinlənilib, daha sonra diplomların təqdimat mərasimi keçirilib. Məzunlara Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Vorvik Universiteti tərəfindən ikili magistr diplomları təqdim olunub.

Mərasim ənənəvi olaraq məzun papaqlarının havaya atılması ilə davam edib və xatirə fotosu ilə yekunlaşıb.

Qeyd edək ki, proqram tam şəkildə ADNSU tərəfindən maliyyələşdirilir və tələbələrə ödənişsiz şəkildə beynəlxalq səviyyəli təhsil alma imkanı yaradır. Bu təşəbbüs ölkədə bərpa olunan enerji sahəsində insan kapitalının inkişafına mühüm töhfə verir.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
18:59 21.07.2026
İran ABŞ-nin İordaniyadakı hərbi bazasına zərbə endirdi
Messi Argentina millisi ilə vidalaşdı
18:49 21.07.2026
Messi Argentina millisi ilə vidalaşdı
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
18:45 21.07.2026
Rektor: Beynəlxalq Türk Dövlətləri Universitetinin böyük planları var
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
18:35 21.07.2026
İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını vurub
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı