"Adobe"nin yaradıcısı 82 yaşında vəfat etdi

"Adobe"nin yaradıcısı 82 yaşında vəfat etdi
DÜNYA
11:41 21.08.2023
173
"Photoshop"un yaradıcısı və dünyanın aparıcı proqram təminatı şirkətlərindən biri olan "Adobe"nin həmtəsisçisi Con Uornok 82 yaşında vəfat edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Uornokun ölüm səbəbi hələ açıqlanmayıb.
 
Uornok texnoloji yenilikləri ilə dünyanı dəyişdirdiyinə və sənayeni ruhlandırdığına görə bir çox mükafat və fəxri adlar alıb.

Con Uornok "Adobe" şirkətini 1982-ci ildə "Xerox"da həmkarı kimi tanış olduğu Çarlz Geşke ilə birlikdə qurub. Şirkət qrafik dizayn, veb dizayn, video montaj, animasiya və rəqəmsal nəşriyyat kimi sahələrdə liderə çevrilib. Şirkətin ən məşhur məhsullarından biri olan "Photoshop" foto redaktə proqramı olaraq milyonlarla istifadəçiyə çatıb.
 
Uornok kompüter elmləri sahəsində də mühüm işlər görüb. "PostScript" və PDF kimi formatların inkişafında böyük rol oynayıb.

Qeyd edək ki, o, sonuncu dəfə informasiya elminə və kommunikasiyaya verdiyi töhfələrə görə Amerika Elektronika Assosiasiyasının Müvəffəqiyyət Medalı və Markoni Mükafatına layiq görülüb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR