Qəbələdə 2 maşın toqquşdu - Ölən və xəsarət alanlar var

Qəbələdə 2 maşın toqquşdu - Ölən və xəsarət alanlar var
SOSİAL
16:30 25.08.2025
368
Qəbələdə baş verən qəzada xəsarət alanların kimliyi məlum olub.

Yaralılar "VAZ-2106" da olan 1970-ci il təvəllüdlü Səfərəliyev Sübhi Yunus oğlu, 1987-ci il təvıllüdlü Qocayev Mehdi Ərzuman oğlu və 2010-cu il Təvəllüdlü Elgiz Abduləzizovdur.

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

16:09

Qəbələ rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.

Hadisə bu gün günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106” və "Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində "VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və "VAZ”da olan sərnişinlər isə xəsarət alıblar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
 


OXŞAR XƏBƏRLƏR