ADU-nun yeni rektorundan tələbələrlə bağlı - QƏRAR

ADU-nun yeni rektorundan tələbələrlə bağlı - QƏRAR
SOSİAL
18:28 08.06.2017
4518
Azərbaycan Dillər Universitetinin yeni rektoru Kamal Abdulla tələbələrlə bağlı güzəştlər edib.
 
Bu haqda AZXEBER.COM-a məlumatı iclasda iştirak edən Zöhrab Süleyman verib.
 
Onun dediyinə görə, rektor ADU-nun yeni rektoru Kamal Abdullanın bu gün keçirilən iclasdakı qərarları aşağıdakılardı:  
ADU-da Yay məktəbi tam pulsuz oldu
Apeliyasiya maximum 5 bal versin
Nəzarətçilər fənn və ya fənnə yaxın müəllimlər olsun
Nəzarətçilər otaqda gəzməsin, tələbənin başının üstündə dayanmasın, yerində otursun
Çöldə əlavə nəzartçilər olmasın, hər otağa 1 nəzarətçi olsun
Universitetdə kitabxana punktu yaradılsın, yəni kitab üçün Təbriz küçəsindəki tədris binasına gedilməsin. Tələbə kitabın adını deyəcək və özləri gətirib verəcəklər
4-cü kurs oğlanların əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq
İslam könüllüləri üçün heç bir problem yaranmasın.
Üzürlü səbəblər olarsa imtahanin vaxtı dəyişdirilsin
Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildirilsin.
 

OXŞAR XƏBƏRLƏR