AEBA Türkiyəyə texniki yardım göndərə bilər

AEBA Türkiyəyə texniki yardım göndərə bilər
DÜNYA
19:06 06.02.2023
189
"Təcili yardım və texniki dəstəklə bağlı Türkiyə hökuməti ilə əlaqə saxlayırıq”.

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi tviterdə yazıb.

O, Türkiyədəki zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Nəticədə 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 1710 bina dağılıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR