PKK terror təşkilatı İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə əlaqəli olması barədə iddiaları təkzib edib.
PKK-nın öz fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər hər nə qədər həqiqətə uyğun olmasa da bəyanatda belə bildirilir: "PKK dinc sakinlərə qarşı, xüsusilə də təsadüfən yoldan keçənlərə qarşı terror aktları törətmir. Onların əksəriyyəti heç Türkiyə vətəndaşı da deyil və PKK-nın mübarizəsi ilə heç bir əlaqəsi yoxdur. Biz yalnız türkiyəli hərbçi və xüsusi təyinatlılarla dağlarda mübarizə aparırıq, biz aeroportlarda və digər dinc obyektlərdə partlayışlar törətmirik".