xari

Aeroport yolunda ana və oğlunu maşın vurub öldürdü, qızı xəsarət aldı - FOTO

SOSİAL
22:55 19.04.2021
4743

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.

Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.

Hadisəni törədən "Ravon” markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR