Bakıda su problemi̇ - Məhdudiyyətin səbəbi̇ açiqlandi
SOSİAL
23:23 20.06.2026
169
Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər.
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd olunub ki, mövsüm keçidi ilə əlaqədar su təchizatı sistemində bərpa və yenilənmə işləri aparılır.
Qurumun məlumatına görə, həyata keçirilən işlərlə əlaqədar bəzi ərazilərdə su təchizatı rejimində müvəqqəti olaraq iki saatlıq məhdudiyyətlər tətbiq edilir.
Bildirilib ki, aparılan işlərin yaxın bir neçə gün ərzində başa çatdırılması və su təchizatı rejiminin tam bərpa olunması nəzərdə tutulur.