Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
SOSİAL
20:25 06.06.2026
242
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib.
Elvin Səfərlinin idarə etdiyi "Changan" markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.