Bakıda kütləvi dava: DİN hərəkətə keçdi

Bakıda kütləvi dava: DİN hərəkətə keçdi
SOSİAL
20:56 06.06.2026
204
Ötən gün gecə saatlarında paytaxta kütləvi dava baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM-a bildirilib ki, iyunun 5-də Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub:

"Müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Araşdırmalar davam etdirilir".
OXŞAR XƏBƏRLƏR