Aeroport yolunda "avtoşluq" edən taksi sürücüsü həbs edildi - VİDEO

Aeroport yolunda "avtoşluq" edən taksi sürücüsü həbs edildi - VİDEO
SOSİAL
15:03 14.03.2017
9306
Bakıda "VAZ 2107" markalı avtomobillə kobud şəkildə qayda pozan, hərəkətin əksinə gedərək olduqca təhlükəli hərəkətlər edən sürücü həbs olunub.
 
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
 
O bildirib ki, "VAZ-2107" markalı, 90 VX 145 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 22 yaşlı Samir Atakişi oğlu Məmmədəliyev Bakının Nizami rayonu sakinidir. Dünən gecə Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılan sürücü bu gün məhkməmə qarşısına çıxarılıb. KYP 685390 saylı protokolla avtoxuliqan kimi cərimə olunan Samir Məmmədəliyev barəsində Suraxanı rayon Məhkəməsi 30 gün inzibati həbs qərarı çıxarıb. Bundan əlavə, onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
 
Məlum olub ki, sürücü martın 12-də gecə saat 01.25 radələrində Aeoroport-Binə yolunda əks itsiqamətli yola çıxaraq hərəkət edib və onun bü hərəkəti başqa bir avtomobildəki sürücü tərəfindən lentə alınaraq mətbuatda yayılıb. Vaqif Əsədov bildirdi ki, bu cür görüntülərin vaxtında yayılmasında medianın rolu böyükdür. DYP də məhz bu görüntülər əsasında belə intizamsız sürücüləri tapıb cəzalandırır.
 
Vaqif Əsədov bildirdi ki, DYP rəhbərliyi bu dəstəyinə görə jurnalistlərə təşəkkür edir. Xatırladaq ki, buna oxşar hadisə bir neçə gün öncə də baş vermişdi. "ZİL” markalı yükmaşını əks yolda hərəkət edərək kobud qayda pozuntusuna yol vermişdi. Hadisədən dərhal sonra həmin sürücü polis əməkdaşları tərəfindən saxlanılmış və haqqında intizam tədbiri görülmüşdü. Lakin sərxoş sürücü əməlinı haqq qazandıraraq "yaxşı eləmişəm” demişdi. Məhkəmənin qərarı ilə Elçin Babayev 14 gün inzibati qaydada həbs olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi
14:18 22.06.2025
İran XİN ABŞ-nin nüvə obyektlərinə hücumunu pislədi