"Koroğlu” metrosundan hava limanı istiqamətində minik avtomobil yandı.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, alov qısa zamanda bütün maşını bürüyüb.
Əraziyə hələ Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlməyib.
Yanğın zamanı ölən və yaralanan olması barədə məlumat yoxdur.