ABŞ-ın Hyuston şəhərindəki hava limanında silahlı insident baş verib. “Cihan” agentliyinin yaydığı xəbərə görə, hadisə “Bush” adına beynəlxalq hava limanı B terminalındakı billet kassalarının qarşısında baş verib. Məlumata görə, silahlı şəxsin açdığı atəş nəticəsində 1 nəfər ağır yaralanıb. Hadisənin şahidləri isə şəxsin ən azı 5 dəfə atəş açdığını, hava limanında olan sərnişinlərin təşvişə düşərək sağa-sola qaçdıqlarını bildiriblər.Qeyd edək ki, faktla bağlı araşdırmalara başlayan polis hava limanında təhlükəsizlik tədbirlərini çoxaldıb və bəzi departamentlərin fəaliyyəti tamamilə dayandırılıb.