Aeroportda yaşayan azərbaycanlının aqibəti - VİDEO

DÜNYA
01:02 20.11.2015
1477
Moskvanın Şeremetevo hava limanında ailəsi ilə birgə məskunlaşan azərbaycanlı Gülüstan İsa-Şaxo cərimələnə bilər.Rusiyanın dövlət ittihamçısı azərbaycanlı qadını 30 min rubl (təxminən 490 manat) dəyərində cərimələnməsini tələb edir.Bildirilib ki, İraqdakı terrordan qaçarkən problemlərlə üzləşən qadını mühakimə edərkən prokurorluq bəzi yüngülləşdirici halları - onun 4 yetkinlik yaşına çatmamış uşağının olmasını və daha əvvəl mühakimə olunmamasını nəzərə alıb.Gülüstan İsa-Şaxonun vəkili qadının cinayət məsuliyyətindən azad edilməsi üçün müraciət etsə də, onun vəsatəti təmin edilməyib.Şeremetevo hava limanında məskunlaşan Gülüstan İsa-Şaxo, həyat yoldaşı və qızıMəlumat üçün bildirək ki, Gülüstan İsa-Şaxo İraqdakı terrordan qaçaraq Rusiyaya qaçqın kimi sığınmaq istəyib. Lakin kiçik övladlarının sənədlərində problemlər olduğundan onları ölkə ərazisinə buraxmayıblar. Ailə məcbur olub Şeremetyevo aeroportunda məskunlaşıb.Əvvəlcə Gülüstanın Qazaxıstan vətəndaşı olduğu deyilsə də, Qazaxıstanın Rusiyadakı səfirliyi bu məlumatı təkzib edib.Araşdırılan zaman qadının 1981-ci ildə Azərbaycanda anadan olduğu, daha sonra ailəsi ilə birlikdə Qazaxıstana köçərək bir neçə il burada yaşadığı bildirilib. 1998-ci ildə İraqa köçən Gülüstan orada suriyalı Əhməd adlı şəxslə ailə qurub. Onların 4 övladı var.Hazırda İsa-Şaxo ailəsinin gələcək taleyi Rusiya Federasiyasının Miqrasiya Xidmətindən asılıdır.
OXŞAR XƏBƏRLƏR