Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xalq artisti Afaq Bəşir qızı Səfərovanı "Şərəf” ordeni ilə təltif edib.
"Şərəf” ordeni ilə təltif olunan xalq artisti Afaq Bəşirqızı təəssüratlarını AZXEBER.COM-la bölüşüb.
Afaq Bəşirqızı prezidentə təşəkkürünü bildirərək bu sözləri deyib:
"Çox sevinirəm. Cənab Prezidentə təşəkkürümü bildirirəm. O mənə yox bütün mədəniyyət xadimlərinə qarşı hər zaman diqqətli olub. Azərbaycanın daxili və xarici siyasəti ilə məşğul olan adam yenə incəsənət xadimlərini yaddan çıxarmır. Çox sağ olsun mənim Prezidentim, var olsun. O, mənim canım Prezidentimdir".
Günel Hüseynli