Afaq Bəşirqızı sabah əməliyyat olunacaq

MAQAZİN
23:10 25.09.2012
1936
İki gün əvvəl vəziyyətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilən xalq artisti Afaq Bəşirqızı sabah əməliyyat olunacaq.
AZXEBER.COM-un məlumatına görə, qərar müayinələrdən sonra keçirilən konsiliumda qəbul edilib. Aktrisa ürəyindən əməliyyat olunacaq. Əməliyyatı Milandan dəvət olunmuş həkim-cərrah Ermano Mazza və cərrah Rəşad Mahmudov həyata keçirəcək.
Qeyd edək ki, xalq artisti Afaq Bəşirqızı kəskin koronar sindromu, kəskin ürək çatışmazlığı şikayəti ilə xəstəxanaya yerləşdirilmişdi. Müayinələr nəticəsində ürəyində 4-5 damarda çox şiddətli darlıqların əmələ gəldiyi aşkarlanıb.

OXŞAR XƏBƏRLƏR