Afaq Bəşirqızının ölüm ayağında olan aktyora dedikləri qəzəb doğurdu: “Sözümü demişəm”

Afaq Bəşirqızının ölüm ayağında olan aktyora dedikləri qəzəb doğurdu: “Sözümü demişəm”
MAQAZİN
17:57 22.12.2021
5228

Xalq artisti Afaq Bəşirqızının ağır xərçəng xəstəliyindən əziyyət çəkən aktyor Novruz Qartal haqqında fikirləri cəmiyyətdə böyük qınağa səbəb olub.

Buna səbəb onun həmkarı Novruz Qartalın səhhətindən danışarkən dediyi sözlər olub.

Belə ki, aktrisa "Yenisabah”a açıqlamasında uzun illərdir eyni teatrda işlədiyi və eyni səhnəni bölüşdüyü Novruz Qartalın səhhətinə laqeyd yanaşıb:

"Mən elə boş adam deyiləm ki, hər mövzuda danışım, münasibət bildirim. Onun haqqında bu qədər yazırsınız, daha bəsdir. Novruz Qartalı eləmisiniz Milli Qəhrəman, Allah evinizi tiksin. İndi xəstə adamdır, aktyordur da. Heç dəxli var?” - deyə bildirib.

Mövzu ilə bağlı AZXEBER.COM-un əməkdaşı yenidən xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb, sosial şəbəkələrdə haqqında yazılan iddialara cavab axtarıb. Xalq artisti isə dediyi fikirlərin üzərində qaldığını bildirib:

"Mən bu suala cavab vermişəm. Bütün cavablarım yayımlanıb. Bu mövzuda məni narahat etməyin” deyib.

Xalq artistinin bu iddialarına qarşı AZXEBER.COM Novruz Qartalın həyat yoldaşı ilə də əlaqə saxlayıb.

Zərqələm Əliyeva "Afaq Bəşirqızı ilə Novruz Qartal arasında hansısa bir münaqişə olubmu? sualına "xeyir” cavabını verib və əlavə edib:

"Novruz qadın həmkarları ilə heç vaxt mübahisə belə etməzdi. Öz işini görən, illərdir bu sənətdə olan adamdır. Afaq Bəşirqızı niyə elə deyib, bilmirəm. Amma insanlar onun bu çıxışına cavab verirlər. Mən də başım açılsın, daha geniş danışacam” deyə cavab verib.

Z.Əliyeva mətbuat nümayəndələrinə aktyorla maraqlandıqları üçün təşəkkür edib: "Özünüz də gəlib çəkə bilərsiniz. Kirayədə yaşayırıq. Vəziyyətimiz çox ağırdır. Onun özünün bu gün real xəstəliyi ilə bağlı məlumatı yoxdur. Allah böyükdür! Aktyor yoldaşları, teatrdakı işçilər tez-tez gəlirlər”

Qeyd edək ki, Novruz Qartal bağırsaq xərçəngindən əziyyət çəkir.

Aydın Nuri

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
16:20 27.08.2025
"Prezidentə ünvanlanan sualın qoyuluşu təhdid mesajı daşıyırdı" - Politoloq
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
16:15 27.08.2025
Çində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olacaq? - Peskov sualdan yayındı
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
16:14 27.08.2025
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
Sabah üç rayonda qaz olmayacaq
16:13 27.08.2025
Sabah üç rayonda qaz olmayacaq
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
16:04 27.08.2025
23 avqust-22 sentyabr bürcləri nə gözləyir?
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
16:01 27.08.2025
Şamaxıda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub
Məşhur cütlük boşandı
15:58 27.08.2025
Məşhur cütlük boşandı
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
15:55 27.08.2025
Prezidentin bugünkü müsahibəsi dünyaya hansı mesajları ötürdü? - ŞƏRH
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
15:41 27.08.2025
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi - FOTOLAR
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
15:38 27.08.2025
Rusiya Ukraynanın strateji nöqtəsinə girdi: Müharibənin gedişatı dəyişəcəkmi?
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
15:34 27.08.2025
Bakıda daha bir rayonda söküntü olacaq - Qəzalı binalar yenilənəcək
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
15:32 27.08.2025
“AYNA öz “aynasına” baxıb görsün ki, Bakıda hərəkət etmək mümkün deyil” — Deputatdan etiraz
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
15:29 27.08.2025
II Beynəlxalq Multikulturalizm Gənclər Forumunun bağlanış mərasimi keçirildi - FOTOLAR
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı
15:27 27.08.2025
İranda nüvə obyektləri qanunsuz yoxlanıldı: MAQATE ilə əməkdaşlıq dayandırıldı