"AFEN Plaza"da baş verən partlayışla bağlı "Azəriqaz"dan AÇIQLAMA

"AFEN Plaza"da baş verən partlayışla bağlı "Azəriqaz"dan AÇIQLAMA
SOSİAL
14:42 24.11.2025
1010
Bakıda binada baş verən partlayışın səbəbləri ilə bağlı dəqiq cavab istintaqın yekununda bəlli olacaq.

AZXEBER.COM xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib.

O bildirilib ki, İB-nin əməkdaşları hadisə yerindədirlər:

"Əməkdaşlar "Azəriqaz" məxsus boru xətlərinin təftişi ilə məşğuldurlar. Əraziyə qazın verilişi təmin olunmayıb. Ətrafda gedən boru xətlərində nasazlıq yaranması kimi iddialar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ tezdir. Hüquq-mühafizə orqanları araşdırma aparır və dəqiq cavab istintaqın yekununda bəlli olacaq".
OXŞAR XƏBƏRLƏR