“Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə start verildi

“Sabahın alimləri” müsabiqəsinin final mərhələsinə start verildi
SOSİAL
16:05 03.03.2026
661
Martın 3-də "Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib. 

AZXEBER.COM xəbər verir ki, giriş nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqə iştirakçılarını salamlayaraq gənc ixtiraçılara uğurlar arzulayıb. Nazir müavini layihənin əhəmiyyətini vurğulayaraq bildirib ki, gələcəyin alimləri ideyalarını real məhsula çevirmək və onların səmərəliliyini artırmaq üçün davamlı çalışmalıdırlar. Dünyada elm və texnologiya sahəsində mövcud trendlərə toxunan nazir müavini qeyd edib ki, gələcəyin əsas istiqamətlərindən biri süni intellektdir və müsabiqədə süni intellektlə bağlı layihələrin olması da sevindiricidir. Bu gün məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir. Əsas məqsəd gələcəkdə uğurlu və təşəbbüskar iş adamları yetişdirməkdir. Hədəfimiz məzunun yalnız diplom alan şəxs olması deyil, eyni zamanda öz işini qura bilən, rəhbərlik bacarığı olan bir lider kimi formalaşmasıdır. Universitet yalnız nəzəri bilik verməklə kifayətlənməməlidir .

Daha sonra Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev çıxışında bildirib ki, müsabiqə artıq 15 ildir uğurla həyata keçirilir və hər il böyük maraqla qarşılanır. Fuad Qarayevin sözlərinə görə, layihənin əsas məqsədi şagirdlərdə elmə marağın artırılması və tədqiqat bacarıqlarının inkişaf etdirilməsidir. Qeyd olunub ki, son iki ilin qalibləri dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alırlar və builki iştirakçıların da yüksək nəticələr əldə edəcəyinə inam böyükdür.

Fuad Qarayev XV müsabiqə ilə bağlı statistik göstəriciləri də diqqətə çatdırıb. Bildirilib ki, 9 istiqamət üzrə yarışan IX–XI sinif şagirdləri 126 məktəbi təmsil ediblər. Onlardan 42-si Bakı məktəbi, 84-ü region məktəbi, o cümlədən 10-u kənd məktəbidir. Müsabiqəyə ümumilikdə 760 layihə təqdim olunub. Seçim mərhələsinin nəticələrinə əsasən 127-si kollektiv, 25-i fərdi olmaqla ümumilikdə 152 layihə final mərhələsinə vəsiqə qazanıb.

Tədbirin bədii hissəsində İncəsənət Gimnaziyasının kamera ansamblı çıxış edib.
 
Qeyd edək ki, final mərhələsi çərçivəsində növbəti iki gün ərzində şagirdlərin riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt istiqamətləri üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Qaliblər arasından seçilən məktəblilər ABŞ-də keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edəcəklər.

Rəsmi hissədən sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, ARTİ-nin direktoru səlahiyyətlərini icra edən, elm və təhsil nazirinin müşaviri  Elnur Əliyev, ali təhsil müəssisələrinin rektorları finalçıların layihələrinin nümayiş olunduğu sərgi ilə tanış olublar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi
22:39 05.11.2026
Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi
Trampın memkoini tarixi minimumu yenilədi
22:32 05.11.2026
Trampın memkoini tarixi minimumu yenilədi
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
22:24 05.11.2026
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
22:11 05.11.2026
Fransada genişmiqyaslı etirazlara qatılanların sayı açıqlandı
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
22:01 05.11.2026
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
21:50 05.11.2026
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində iki qardaş qətlə yetirilib
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
21:46 05.11.2026
Türkiyədə üç fərqli yerdə səkkiz nəfər öldürüldü: Şübhəli şəxs müəyyən edildi
Paraqvay prezidenti istefa verib
21:37 05.11.2026
Paraqvay prezidenti istefa verib
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
21:28 05.11.2026
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
21:20 05.11.2026
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
21:04 05.11.2026
Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşib
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
20:48 05.11.2026
İran HDQ: Son sutka ərzində Hörmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto