Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən "Afen" plazada ilkin ehtimala görə, partlayış birinci mərtəbədə baş verib.
Bu barədə "Report"un hadisə yerində olan əməkdaşı məlumat verir.
Belə ki, partlayış nəticəsində 5 mərtəbəli binanın bütün mərtəbələrində dağıntı müşahidə olunur.
10:12
TƏBİB Bakıda Nərimanov rayonu ərazisində yerləşən ofislərin birində baş vermiş partlayışla bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, 24.11.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.










































