Afət: “Aparıcılıq edəcəyəm, iş adamları, müğənnilər...”

Afət: “Aparıcılıq edəcəyəm, iş adamları, müğənnilər...”
MAQAZİN
23:55 27.03.2019
15293

Müğənni Afət Fərmanqızı müğənni Roza Zərgərlinin onu məhkəməyə verməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

AZXEBER.COM bildirir ki, musavat.com saytına açıqlama verən ifaçı deyib ki, müğənnilər onunla reklam qazanmağa çalışır: "Dünən susacağımı açıqladım. Savaşı akulalarla aparmaq mənim üçün şərəfdir. Amma kilkə balıqları ilə savaşmaq mənə yaraşmaz. Susmağıma səbəb budur. Mənimlə reklam qazanmaq istəyənlər çoxalıb. Məhkəmə  mənim vecimə deyil. Bu dedi-qoduların mənə müsbət təsiri var. Heç vaxt 1 ayda xaricdə 7 toya dəvət olunmamışdım. Bir toy Ukraynada, 6 səfərim Rusiyayadır. Bu səfərlər varsa, deməli xalq məni sevir. Mahnılarımı istəyən insanlar öz halal qazancını mənə ödəyir. Ona görə də reklam qazanmağa çalışanlara baş qoşmayacağam".

Afət yeni yaradıcılıq planlarından da bəhs edib: "Yeni klip çəkilişinə başlayırıq. Türk dünyasına aid mahnı yazdırmışam, tezliklə təqdim edəcəyəm. "Youtube" kanalımda veriliş açacağam. 45 dəqiqə yayımlanacaq, "Afətlə dəli-dolu söhbətlər" adlanacaq. Televiziyalara böyük hörmətim var, efirə dəvət olunuram. İstəyirəm, məni sevənlər artıq mənə öz kanalımda baxsınlar. İş adamları, müğənnilər, aparıcılar və hər sahədən qonağım olacaq".

 

Müğənni efirlərə pul verib çıxması haqqında yayılan məlumatlara da aydınlıq gətirib: "Mən reytinqli verilişlərdə qonaq oluram. Hər verilişə getmərəm. Bəzi kanallar var ki, deyirəm, qonorarımı ver, gəlib sənə reytinq verim. Pul verib, efirə çıxmıram. DTV və ARB pul versə, onların verilişlərinə çıxaram".

A.Fərmanqızı Flora Kərimova ilə arasında yaşanan qalmaqaldan da bəhs edib:
"Flora xanım məni tənqid etmişdi, mən də zarafatla vannada çəkilən şəklini paylaşmışdım. Sonra təhqirə keçdi, verilişdə dedi ki, ay əxlaqsız, tərbiyəsiz, o pulu sənə oxumağa görə vermirlər. Ona görə də onu təhqir etdim. O, xalq artistidir deyə məni söyməlidir? Nə haqqı var? Mən alın tərimlə mahnımı oxuyub, pulumu qazanıram".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
20:05 25.07.2025
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla sülh danışıqlarını müzakirə ediblər
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
19:49 25.07.2025
İsrail ordusu HAMAS-ın Kəşfiyyat xidmətinin rəhbərini zərərsizləşdirib
"Karvan" növbəti transferini həyata keçirib
19:34 25.07.2025
"Karvan" növbəti transferini həyata keçirib
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
19:16 25.07.2025
Qazaxıstan Xəzəryanı ölkələri dənizin xilası səylərini birləşdirməyə çağırıb
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
18:58 25.07.2025
Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti uzadılıb
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
18:40 25.07.2025
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
18:28 25.07.2025
Binəqədidə yaşayış binasını birə basdı - VİDEO
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
18:15 25.07.2025
Ruhi Əliyevadan əkizləri ilə bağlı paylaşım - Foto
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
18:09 25.07.2025
Sürücülər üçün Tədris Proqramı təsdiqləndi
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
17:47 25.07.2025
MN: Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
17:29 25.07.2025
“Veysəloğlu” MMC yüksək potensiallı əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
17:26 25.07.2025
“Unibank” hər kəs üçün bir günlük 0 % komissiyalı kredit aksiyası keçirir
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
17:09 25.07.2025
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq
Rusiyada İskəndər Xəlilovun oğlunun ofisinə basqın edildi - FOTO
16:57 25.07.2025
Rusiyada İskəndər Xəlilovun oğlunun ofisinə basqın edildi - FOTO
Məşhur qapıçı "Qalatasaray"ın hədəfində
16:53 25.07.2025
Məşhur qapıçı "Qalatasaray"ın hədəfində
Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub
16:42 25.07.2025
Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub