Müğənni Afət Fərmanqızı həyat yoldaşından boşanır.
AZXEBER.COM xəbər verir ki, bu haqda o özü məlumat verib.
Sosial şəbəkədə açdığı canlı yayımda bu haqda danışan müğənni bunları deyib:
"Bir verilişdə oğlumla atasının fotosunu göstərdilər. Bilirdim ki, bu onun xoşuna gəlməyəcək. Veriliş bitən kimi zəng etdi və dedi ki, guya bunu mən bilərək etmişəm. O, mənə inanmadı, demək ki, məni tanımayıb. Bu saatdan sonra rəsmi olaraq da onunla evli qalmaq istəmirəm. Məhkəməyə müraciət edəcəyəm".
Aysel