Afət Fərmanqızı: “Vasif əsl kişidir”

Afət Fərmanqızı: “Vasif əsl kişidir”
MAQAZİN
10:21 28.05.2022
944
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vasif Məhərrəmli verilişlərin birində ilk həyat yoldaşını və bətnindəki övladını xatırlayaraq efirdə ağlayıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, sözügedən hadisədən sonra sosial şəbəkələrdə Məhərrəmli haqqında xoşagəlməz şərhlər yazılıb. Paylaşımın altına şərh yazan sosial şəbəkə istifadəçiləri Vasif Məhərrəmlinin ilk həyat yoldaşını döyərək öldürdüyünü iddia ediblər və "Arvadını döyüb öldürən elə bil bu deyildi. Həyətdə güclə alırdılar əlindən", "Deyilənə görə, özləri döyüblər, ölüb, qonşuları danışırdı, həyətdə hamı görüb", "Özləri döyüb hamilə-hamilə, çoxlu qan itirdiyindən ölüb" və s. kimi şərhlər yazıblar.

Mövzu ilə bağlı saytlar müğənni ilə əlaqə saxlamağa çalışsa da, o, nə bizim, nə də digər həmkarlarımızın zənginə cavab verib.

Bu səbəbdən Vasif Məhərrəmlini uzun illərdir tanıyan və yaxın dostu olan müğənni Afət Fərmanqızı oxu.az-a açıqlama verib.

Afət Vasifi 20 ildir tanıdığını və onun əsl Azərbaycan kişisi olduğunu vurğulayıb: 

"Məclislərin birində Vasif rəhmətə gedən həyat yoldaşı ilə birlikdə gəlmişdi. Məclisdə deyib gülə-gülə, şən ailə kimi iştirak etməkləri gözümün önünə gəlir. Elə həmin məclisdən bir neçə ay sonra eşitdim ki, həyat yoldaşı rəhmətə gedib. Allahın qisməti.

Mən inanmıram ki, kimsə həqiqətən Vasif Məhərrəmli haqqında o cür yazı yazsın. O yazanlar sifarişlə yazır. Mənbəyini mən təxmin edirəm. Diqqət etsək görərik ki, Vasif indiyə kimi belə xəbərlərlə gündəmə gəlmirdi. Son iki aydır ona qarşı xəbərlər yayırlar. Mən səbəbini yaxşı bilirəm.  
 
Mən o vaxtlar kasıb, fağır, rayondan təzə gələn, tez aldanmağa meyilli biri idim. Çox sevinirəm ki, mənim qarşıma Vasif Məhərrəmli kimi biri çıxdı və mən o ansambl ilə əməkdaşlıq etdim. O, ilk dəfə "Bakılı qız" mahnısı ilə məşhurlaşanda mən onun ansamblında çıxış edirdim.

Bəzən sənətə təzə gələn qızların əlacı olmadığı üçün, populyar deyil deyə, baha qiymətə toylara dəvət olunmadığı üçün kişi müğənnidən asılı olur. Həmin kişi müğənnilər yeni başlayan müğənni qızlara başqa niyyətlə yanaşır, sevgi münasibətində olmağı təklif edir. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Nə qədər də belə adam tanıyıram. Vasif Məhərrəmli isə elə insanlardan fərqli olaraq mənə layiq olmadığım qədər çox qonorar verirdi və məni yüksəldirdi. Heç bir pis niyyət güdmədən. Mən də özümə görə gözəl-göyçək xanım idim. Ətrafda baş verənləri də görürdük, kim kimin qız oxuyanıdır, kim kimə hansı gözlə baxdı və s.

Mənim bugünkü gün sözü üzə deməyim, alnıaçıqlığımın səbəbi Vasif Məhərrəmlidir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
09:22 12.03.2026
Gəncədə 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Oğlu SAXLANILDI
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
09:04 12.03.2026
Tramp İranı elektrik şəbəkəsini məhv etməklə hədələdi
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
08:56 12.03.2026
Antonio Koştanın Azərbaycana səfəri başa çatdı - Fotolar
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:51 12.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
07:32 12.03.2026
Vətəndaş xəbəri olmadan adına 6000 manatlıq məişət texnikası götürüldüyünü iddia edib - VİDEO
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
04:47 12.03.2026
SEPAH: İran tezliklə sualtı raketlər tətbiq edə bilər
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
03:22 12.03.2026
FTB Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq yayıb
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
01:37 12.03.2026
Bu döngələr sürücülər üçün təhlükə yaradır - VİDEO
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
01:08 12.03.2026
BMT İran əleyhinə qətnamə qəbul etdi - Bu ölkələr bitərəf qaldı
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
00:49 12.03.2026
Xadimə ev sahibinin 12 min manatlıq qızılını oğurladı
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
00:37 12.03.2026
İlham Əliyev və Antonio Koşta Azərbaycanın WUF13-ə ev sahibliyini əhəmiyyətli töhfə kimi alqışlayıblar
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
00:03 12.03.2026
İlham Əliyevlə Koştanın mətbuata birgə BƏYANATI
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
23:56 11.03.2026
Çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi təklif edilir - VİDEO
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
23:48 11.03.2026
Anasının ehtiyatsızlıqdan öldürdüyü yeniyetmənin FOTOSU
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
23:36 11.03.2026
Azərbaycanın iki şəhərinin avtobus marşrutları "Google Maps"də görünəcək
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO
23:27 11.03.2026
İranda "qara yağış": qonşu ölkədəki çirkli havanın Azərbaycana təsiri var? - VİDEO