Afət Vəfanı yenə təhdid etdi: "Mənim qabağıma harada çıxsa..." - AÇIQLAMA

Afət Vəfanı yenə təhdid etdi: "Mənim qabağıma harada çıxsa..." - AÇIQLAMA
MAQAZİN
14:15 19.10.2023
441
Bir neçə gündür ki, Afət Fərmanqızı ilə Vəfa Şərifova arasında yaşanan mahnı qalmaqalı böyüyür. Söhbət Ayaz Allahverdiyevin bəstəsi olan "Dağlar oğlu” mahnısından gedir. Qalmaqala səbəb isə Vəfa Şərifovanın Afət Fərmanqızının mahnısını icazəsiz ifa etməsi olub. 

AZXEBER.COM məsələyə aydınlıq gətirmək məqsədilə Afət Fərmanqızı ilə əlaqə saxlayıb. Müğənni yaşanan qalmaqalla bağlı açıqlamasında bunları bildirib: 

"Mahnı Ayaz Allahverdiyevindir. O vaxtı Vəfa bu mahnını Ayazdan icazəsiz oxuyub. Ayaz da mənə dedi ki, Vəfa mənə hörmətsizlik edib, mahnımı oğurlayıb. Ayaz məndən kömək istədi. Mən də Vəfaya zəng etdib məsələni araşdırdım. Ona dedim ki, gəl ortada halallıq olsun, heç olmasa Ayazla duet oxu. Vəfa bununla da razılaşmadı, dedi mən kişilərlə oxumuram. Amma bir həftə sonra İfratla dueti çıxdı. Ayaz dedi ki, mahnı mənimdir onu Vəfanın "Youtube" kanalından sildirəcəyəm. Vəfa isə özüm silərəm dedi və sildi də. Ayaz da mahnını mənə verdi və dedi ki, indi Vəfa mənə 100 min manat pul da versə daha  mahnını ona vermərəm. Mən mahnını oxudum, klip də çəkdim. Bir də gördüm ki, Vəfa Ayazla əlbir olub mahnının icazəsini də alıb "Youtube"a qoyub". 

Bütün bu olanlarda mahnının bəstəkarını günahlandıran Afət Fərmanqızı Vəfa Şərifovanın ünvanına da sərt sözlər səsləndirib:

"Baxsanız görəcəksiz ki, bu gün məşhur olan bütün müğənnilərlə Vəfa düşməndir. İstər Zeynəb olsun, İstər Türkan olsun, hamı ilə küsülüdür. Əvvəl mənim mahnımı, sonra oxuyanımı, daha sonra musiqiçimi oğurlamaq istədi, amma alınmadı. Mən necə Cabbar Musayevə deyə bilərəm ki, Könül xanımı at gəl mənimlə oxu? Axı ortada Könül xanım var. Vəfada isə bu prinsiplər yoxdur. Ondan bir şey, bundan bir şey götürə-götürə hara qədər gedəcək? Oxusun toylarda, şənliklərdə, amma mənim hələ efirdə səsləndirmədiyim mahnını necə "Youtube"a qoya bilərsən? Nə olsun ki, sən Ayazın "başını bişirib” icazəsini almısan. Məndə Ayazın bütün səs yazıları var”.

Afət Fərmanqızı Vəfa Şərifova ilə sənət meydanında da üz-üzə gəlməyə hazır olduğunu deyib: 

"Vəfanın səsi yoxdur, görünüşü isə başdan ayağa əməliyyatdır. Bunları çıxardın atın kənara gör heç onu toya aparan olar? Elə özünə güvənir, gəlsin bir canlı verilişdə mənimlə duet oxusun. Gəlsin bir-iki boğaz muğam oxuyaq, aşıq havası oxuyaq, təsnif oxuyaq. Sənəti varsa gəlsin! O elə bilir ki, iki dənə meyxanaçı ilə duet oxumaqla hər şey düzəlir. O, bütün süni yaratdığı gözəllikləri çıxartdırsa, onu toya aparan olsa mən adımı dəyişəcəm. Vəfa maskalanmış, saxta insandır. Fonoqramla toy oxuyur, oğurluqla mahnı alır. Bu yolla da özünə yol tapır”.
 
AZXEBER.COM portalı olaraq, səslənən iddialarla bağlı müğənni Vəfa Şərifova ilə əlaqə saxlamağa çalışsaq da, müğənnidən cavab ala bilmədik. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır