AFFA azarkeşlərə müraciət etdi: "Himnlərə hörmət edin"

İDMAN
14:20 06.09.2011
1678
AFFA Qazaxıstanla oyundan öncə azarkeşlərə müraciət edib. Belçika matçında rəqib ölkənin himninin fitə basılması asossiasiyanı bu müraciəti yaymağa məcbur edib.Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: "Azərbaycan milli komandasının keçirdiyi oyunlar zamanı millimizi yüksək səviyyədə dəstəklədiyinə görə AFFA-nın rəhbərliyi azarkeşlərə dərin minnətdarlığını bildirir və inanır ki, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan - Qazaxıstan oyununda da azarkeşlər komandamızı 90 dəqiqə ərzində qələbəyə səsləyəcək. FİFA və UEFA bayrağı altında keçirilən yarışların Əsasnaməsinə, həmçinin qəbul olunmuş beynəlxalq protokol qaydalarına uyğun olaraq, stadionda rəqib, eləcə də meydan sahibi komandanın himnləri səsləndirilərkən, AFFA rəhbərliyi azarkeşlərdən himnlərə hörmətlə yanaşmalarını və təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir".Qeyd edək ki, Belçika ilə səfər oyununda yerli azarkeşlərin himnimizə qarşı hörmətsizliyini cavabsız qoymayan fanatlarımız Bakıdakı oyunda rəqib ölkənin himnini fitə basmışdı. 

OXŞAR XƏBƏRLƏR