Futbol üzrə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vəli Qasımov istefaya göndərilib.AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, veteran futbolçu ilə müqaviləyə xitam verilib.Anlaşmanın vaxtından əvvəl pozulmasının səbəbi açıqlanmır. Bu qərar Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamızın uğursuz nəticələrindən sonra çıxarılıb. Xorvatiyada keçirilmiş mərhələ qarşılaşmalarında Qasımovun komandası meydan sahiblərinə 1:7, İslandiyaya 1:2 hesabı ilə uduzub və yalnız Gürcüstanla heç-heçə edib – 1:1. Bu nəticə ilə yığmamız qrupda sonuncu olub.